Mövqe.az-ın məlumatına görə, Mərmərə Universiteti Sağlamlıq Elmləri Fakultəsi Qida və Pəhriz Şöbəsinin rəhbəri prof. Dr.Funda Elmacıoğlu sağlam həyat üçün gündə ən azı 5-6 tərəvəz və meyvə istehlak edilməsinin vacibliyini söyləyib.
Xərçəngin keçmişdə səbəbi bilinməyən bir xəstəlik olduğunu bildirən Elmacıoğlu, belə davam edib: "Hal-hazırda dünyanın müxtəlif bölgələrində və laboratoriyalarında aparılan araşdırmalar nəticəsində xərçəngin irsi xüsusiyyətlər daşıması ilə yanaşı, havada, qidalarda və sularda olan zərərli kimyəvi maddələr və bəzi mikrobların təsiriylə də meydana gəldiyi ortaya qoyulub. Bu səbəblə də sağlam həyat sürmək üçün
şüurlu qidalanma çox vacibdir. Xüsusilə də, uşaqlıqdan təzə meyvə və tərəvəzi çox yemək xərçəng riskini böyük həcmdə azaldır. Gündəlik bolluca meyvə istehlak etmək xərçəngdən qorunmada qızıl standartdır".
Elmacıoğlu insan orqanizmini qoruyan antioksidantların bitkilərin yarpaq, çiçək, meyvə və toxumlarında olduğundan bunların istehlakının vacib olduğunu qeyd edib.