Maştağa sakini həmyerlisini necə qətlə yetirdi?

8 May 2013 11:38 (UTC+04:00)

Sabunçu Rayon Polis İdarəsindən Mövqe.az-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Zöhrab Əbdülxaliq oğlu Əliyev 1983-cü il təvəllüdlü həmyerlisi Rizvan Məmmədağa oğlu Hüseynovu 1970-ci ilin istehsalı olan "Makarov" tipli tapançadan atəş açaraq öldürüb. Hadisəni törədən R. Hüseynov könüllü olaraq silahla birgə 14-cü Polis Bölməsinə təslim olub.