Movqe.az xəbər verir ki, İspaniya polisi, paytaxt Madridin Barajas hava limanında uşağının çantasında 12 kiloqram kokain daşıyan bir qadını nəzarətə götürüb. Santo Domingo-Madrid səfəriylə Barajasa enən İspan vətəndaşı olan qadının, diqqət çəkməmək üçün üç uşağıyla birlikdə səyahət etdiyi deyilib. Polis səlahiyyətliləri, bu ilin əvvəlində Zaragoza yaxınlarındakı Hueska şəhərində yaşayan 35 yaşındakı qadının narkotik kuryerliyi etdiyindən şübhələnməyə başlayıb. Ötən günlərdə ailəli Dominik Respublikasına getdiyini öyrənən İspan polisi, Barajas hava limanında ailəni saxlayıb. Nəzarət nəticəsində kiçik qızın çəhrayı çantasından 11 paket; ümumilikdə 12 kiloqramdan çox kokain tapılıb. Nəzarətə alınan qadın məhkəməyə göndərilib.