MSK Azərbaycanda elektron səsvermənin tətbiqi ilə bağlı monitorinq keçirir
10 May 2013 11:27 (UTC+04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK)
elektron səsvermənin tətbiqi ilə bağlı monitorinq keçirir. Bu
barədə Trend-ə komissiyanın sədri Məzahir Pənahov bildirib.
Pənahov qeyd edib ki, monitorinqin nəticələrinə görə seçkilərdə
elektron səsvermənin keçirilməsinin mümkünlüyü araşdırılacaq.
"Monitorinqin nəticələri təxminən ay yarıma, yəni iyulun əvvəlinə
artıq məlum olacaq".
Seçki qutuları ilə bağlı MSK sədri bildirib ki, bu il keçiriləcək
prezident seçkiləri ilə bağlı yeni qutuların gətirilməsi gündəmdə
deyil:
"Bizim kifayət qədər seçki qutularımız var və onlara bir o qədər
ehtiyac yoxdur".
Qeyd edək ki, Azərbaycanda bu ilin payız aylarında prezident
seçkilərinin keçirilməsi nəzərdə tutulur.