Türkiyədə 6 yaşlı uşaq 4 yaşlı qardaşının ölümünə səbəb olub. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Qaziosmanpaşa rayonunda baş verib. Anası və nənəsi evdə olan 6 və 4 yaşlı uşaqlar evlərinin eyvanında oyun oynayıblar. Bu zaman 4 yaşlı uşaq 12 kq tutumu olan paltaryuyan maşının içərisinə girib. Yaşca böyük olan uşaq isə bunu oyunun bir parçası zənn edərək maşının qapağını bağlayıb və düyməsini basaraq işə salıb.
Namazdan qayıdan baba kiçik nəvəsini axtaranda dəhşətli hadisə üzə çıxıb.
Babasının "qardaşın hardadır?" sualına cavab verən azyaşlı nəvə onun paltaryuyan maşının içərisinə girdiyini deyib. Baba nəvəsini xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.