Formada qalmağının yolunu açıqladı

10 May 2013 17:18 (UTC+04:00)

Keçən ilin sentyabrında ikinci qızı Siennanı dünyaya gətirən "Victoria's Secret" mələyi 31 yaşlı Adriana Lima doğuşdan sonra ilk dəfə kameralar qarşısına keçib və çimərlik geyimlərinin təqdimatını edib. Movqe.Az-ın məlumatına  görə, 13 ildir firma üçün çalışan Limanın, "St Barts" adasında çəkilən pozaları gözəl modelin doğum kilolarından əsər qalmadığını sübut edib. Lima bədən quruluşunun belə formada qalmasına görə boksa borclu olduğunu söyləyib.