Binəqədi rayonunda məktəblilərin hazırladığı Mir Cəlal Paşayevin “Bir Gəncin Manifesti” romanının motivləri əsasında tamaşaya baxış keçirilib

8 May 2019 17:49 (UTC+04:00)

8 may  Şuşa şəhərinin işğalına həsr edilmiş, Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında hazırlanmış Azərbaycan yazıçısı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas,professor Mir Cəlal Paşayevin “Bir Gəncin Manifesti” romanının motivləri əsasında tamaşaya  baxış keçirilib.

Movqe.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəsissələrinin direktorları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri iştirak edib.

İlk olaraq tədbir iştirakçılarına layihə ilə bağlı videoçarx təqdim edildi.Daha sonra məktəblilərin ifasında “Bir Gəncin Manifesti” romanının motivləri əsasında hazırlanmış tamaşa təqdim edildi.

Çıxış edən Aygün Əliyeva, Elmin İmanov, Hüseyn Əsgərov, Ramiz Göyüşov tədbirin əsas mahiyyətinin gənc nəsil arasında milli vətənpərvərlik hisslərinin aşılanması olduğunu qeyd etdilər. Natiqlər Azərbaycan Respublikasının prezidenti ,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gənc ordumuzun qısa zamanda Cocuq Mərcanlıdan başlanan qələbə zəfərininŞuşada və digər müvəqqəti işğalda olan torpaqlarıza yayacağından əmin olduqlarını bildirdilər.

Sonda bir qrup müəllim və şagird rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə təltif edildi.