Hərbi aviasiyamız pilotsuz təyyarələrlə gücləndirilir

11 May 2013 08:05 (UTC+04:00)

Azərbaycan və Rusiya arasında hərbi döyüş təyyarələrinin alış-verişinə dair bütün sövdələşmələrin dayanadırılması və bunun Moskavaya erməni lobbisinin təsiri nəticəsində baş verməsinə dair məlumatlar hələ də gündəmdə qalmaqda davam edir. Baş vernələr şimal qonşumuzun da icimai-siyasi dairələrində geniş müzakirə olunur.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Nikitia Mendkoviç bildirir ki, hərbi döyüş təyyarələrinin satşı ıilə bağlı sövdəlşmənin pozulmasının erməni lobbisinin təsiri üzündən baş tutması inandırıcı deyil. Onun sözlərinə görə, belə həlledici qərarların qəbuluna etnik lobbizm təsir göstərmir.

Ancaq istənilən halda bir məsələ dəqiqdir ki, Azərbaycana hərbi döyüş təyyarələrinin satışından ən çox uduzan tərəf elə Moskvanın özü olacaq. Çünki Azərbaycanın maliyyə imkanları ona digər ölkələrdən daha müasir hərbi döyüş təyyarələri almağa imkan verir. Özü də son dövrlərdə Azərbaycan daha müasir, insan itkisini minimuma endirən döyüş təyyarələrinin alınmasına daha çox diqqət yetirir. Məsələn, pilotsuz uçan aparatlar (PUA) və ya pilotsuz təyyarələrin alışına diqqət yetirilməsi buna sübutdur.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan PUA-lar ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakı şəhərində keçirilən hərbi paradda təqdim olunub. 2008-2011-ci illərin hərbi paradlarında əsasən "Orbiter-2M" və "Aerostar" tipli PUA-lar nümayiş etdirilsə də sonrakı dövrlərdə beynəlxalq mərkəzlərin, o cümlədən beynəlxalq təşkilat olan SİPRİ-nin hesabatlarında yer alan məlumatlara görə, Azərbaycan İsraildən əlavə olaraq 10 ədəd "Hermes-450", 5 ədəd "Searcher" və 5 ədəd "Heron" tipli PUA satın alıb. Aviasiyasını mütəmadi şəkildə gücləndirməkdə davam edən Azərbaycan Qarabağ münaqişəsi hərbi fazaya keçəcəyi təqdirdə müharibəni qısa zaman kəsiyində tam qələbə ilə başa vurmaq əzmindədir. Qarabağ səmasında Azərbaycan hərbi təyyarələri və digər döyüş vasitələri isə düşmənin istənilən hədəfini məhv etmək gücündədir.

Qeyd olunduğu kimi Azərbaycan pilotsuz təyyarələri əsasən İsraildən alır. 1973-cü ilin Ərəb-İsrail müharibəsi dövründə hava qüvvələrində ciddi itkilər vermiş İsrail də bundan sonra orduda pilotsuz təyyarələrdən geniş istifadə etməyə başlayıb. İsrailin istehsal etdiyi və daha müasir olan "Heron TP Eitan" modelində olan belə təyyarələrin qiyməti 35 milyon dollara qədərdir. "Heron TP Eitan"in qanadlarının genişliyi 26 metrdir, 12 min metr yüksəkliyə qədər qalxa və davamlı olaraq 20 saat havada qala bilir. İsrail həm də ən çox pilotsuz təyyarə satan ölkə hesab edilir.

Rusiyada fəaliyyət göstərən Dünya Silah Ticarəti Analizi Mərkəzinin son hesabatında da Azərbaycanın ötən dövrdə İsraillə hərbi-texniki əməkdaşlığa geniş yer verdiyi, bu ölkədən yeni silah və texnikalar aldığı qeyd olunur. Hesabatda deyilir ki, 2010-2011-ci illərdə İsrail şirkətləri tərəfindən Azərbaycan Ordusunun inventarındakı T-72 tankları və BMP-2 tipli piyadaların döyüş maşınları modernləşdirilib. Tanklarda Elbit Systems şirkətinin TİSAS adlı atış kontrol sistemləri qurulub. Bundan başqa, Azərbaycan İsraildən 9 ədəd "Links" reaktiv yaylım atəş sistemləri, 120 mm-lik "Cardom" minaatanları (say açıqlanmır), "Spike-SR/LR" tipli tank əleyhinə raket kompleksi (say açıqlanmır), 16 ədəd "Aerostar", 2 ədəd "Hermes-450", 16 ədəd "Heron-1", 16 ədəd "Orbiter-2M" tipli pilotsuz uçuş aparatı, 9 "Barak-8" kompleksi (75 raket), 2 ədəd EL/M-2080 "Gren Pine" hava hücumundan müdafiə sistemi alıb. Həmçinin İsrail lisenziyası əsasında Azərbaycanda 30 "Aerostar" və 30 "Orbiter-2M" pilotsuz uçuş aparatı kompleksinin istehsalına dair sifariş alınıb. Ötən və cari il ərzində də İsraildən yüksək hərbi texnikanın alışına dair danışıqlar aparılıb və ölkəmiz yeni hərbi texnika alışını davam etdirir. Buraya pilotsuz təyyarələr də daxildir.

Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin "AZAD Systems Co." müəssisəsində isə müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. "Orbitr-2M" və "Aerostar" pilotsuz təyyarələrinin hissələri burada hazırlanır. "Orbitr-2M" təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. "Aerostar" təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur. Bütün bunlar isə Azərbaycaan Ermənistan üzərində daha böyük üstünlüklər vəd edir.