Movqe.az xəbər verir ki, Honq Konqda əməliyyatla cinsiyyətini dəyişdirən şəxs Ali Məhkəmənin açdığı iddianı qazanaraq kişi yoldaşı ilə evlənmə haqqını əldə edib. Ali Məhkəmənin beş hakimdən ibarət heyəti, adı V. One olaraq açıqlanan qadının evlənməsini qadağan edən qanunun konstitusiyaya zidd olduğunu bildirib. Hakim Geoffrey Ma, Honq Konq Konstitusiyasında zəmanət altına alınan evlənmə haqqının əməliyyatla cinsiyyətini dəyişdirmiş kəsləri də əhatə etməsi lazım olduğunu deyib.