Associated Press agentliyi ABŞ ədliyyə nazirliyini jurnalistlərin telefonlarına qulaq asmaqda günahlandırıb. Agentliyin yaydığı bəyanatla söhbət informasiya agentliyinin işinə "genişmiqyaslı və analoqu olmayan" müdaxilədən gedir.
Agentliyin məlumatına görə, 2012-ci ilin may-iyun aylarında hüquq-mühafizə orqanlarının əməkdaşları Associated Press və jurnalistlərinin istifadə etdikləri 20 telefon xəttinə qulaq asıblar. Söhbət 100-dən çox jurnalistin telefon danışıqlarından gedir.
Agentlik ədliyyə nazirliyini qanunu pozmaqla ittiham edib və baş prokuror Erik Holderdən məsələ ilə bağlı ölçü götürməyi tələb edib.