İncə belli olmaq üçün 5 tövsiyə

14 May 2013 16:43 (UTC+04:00)

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, incə bir belə sahib olmaq üçün ilk əvvəl, sağlam qidalanmaq lazımdır. Aşağıda göstərilən bir neçə qaydaya əməl etsəniz incə belə sahib olmaq sizə də asan olar. 


- Yeməkdən əvvəl bir stəkan su içməyi vərdiş halına gətirin. Suyun verdiyi toxluq hissi sayəsində az yeyəcəksiniz.


- Ağ çörəyi həyatınızdan çıxarın! Taxıl çörəyi yemək sizi daha sağlam edəcək, həm də çəki almağınızın qarşısını alacaq. Lifli qidalar həzm sistemini sürətləndirdiyi üçün istehlak etdiyiniz qidaları həzm etmək daha asan olacaq.


- İncə bir belə sahib olmanın yolu davamlı idmandan keçir. Həftənin 3 günü idmanı vərdiş halına gətirin. 


- Sırf gözünüzü doyurmaq üçün doldurduğunuz boşqablarla vidalaşın! Daha az və ya daha kiçik boşqablar seçin.


- Aclıq hissini son nöqtədə hiss edəcək qədər ac qalmayın. Nə qədər özünüzü çox ac hiss etsəniz, bir o qədər çox yemək yemək istəyəcəksiniz. Tez-tez və az yemək yeyin.