Konsert verərkən soyulub

15 May 2013 16:28 (UTC+04:00)

Dünya turuna çıxan kanadalı müğənni Castin Bieberin başına gəlmədiyi iş qalmayıb. Müğənni ən son olaraq Cənubi Afrika konsertində filmlərdəki kimi bir oğurluğun qurbanı olub. Movqe.Az-ın məlumatına görə, kanadalı gənc pop ulduz Castin Bieber, konsert üçün dünyanın harasına getsə bir uğursuzluq yaşayır. Əvvəl Bieberin İngiltərə konsertində ürəyi gedib, sonra Almaniyada yanından ayırmadığı meymunu karantinə alınıb. İsveçdə tur avtobusunda narkotik tapılıb, Dubayda bir pərəstişkarının hücumuna məruz qalıb. Gənc müğənni bu səfər də Cənubi Afrikada konsert verdiyi stadionda filmlərdəki kimi oğurluq hadisəsinə məruz qalıb. Stadionda kassa otağına damdan iplərlə enən oğrular, 82 min avro oğurlayıblar. Oğruların bunu necə bacardığı isə məlum deyil. Oğurlanan pulun Bieber konsertində satılan t-shirt, xatirə əşyası və yemək-içməkdən əldə edilən gəlir olduğu bildirilib. Səlahiyyətlilər oğruların uzun sürən bir hazırlıq sonrası soyğunu reallaşdırdığını və çox professional olduqlarını açıqlayıblar. Xatırladaq ki, Bieberin 2012-ci ilin sentyabrında ABŞ-da başlayan "Believe" turu avqust ayında Atlandada sona çatacaq.