İncəsənət uğruna edilən çılğın hərəkətlərə daha biri əlavə olunub. Broklinli bir sənətçi insanların marağına səbəb olacaq bir layihəyə imza atıb. Movqe.Az-ın məlumatına görə, günümüzün icadlarını yağda qızardaraq sərgiləyən Henri Harqrea, bu layihədə insanların ən sevdiyi iki şeyi birləşdirib. "Fast-food" və texnologiya! "İnsanların iştahası artıq texnologiyanın iştahası olub." deyən sənətçi "MacBook"u da qızardıb. Sənətçi bu proyekti görməkdə Yaponiyada iki uşağın "PlayStation"ı qızardıb yedikləri işindən ilham alıb.