"Coca Colanın formulunu 15 milyon dollara satıram"
15 May 2013 16:43 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın Georgia
əyalətində yaşayan antikvar əşya düşkünü Klif Klac, Coca-Colanın
tərkibini tapdığını iddia edir. Georgiada yaşayan məşhur bir
kimyagərin evindən çıxan antik əşyaları satın alan Klif Klac, əlinə
keçən qutuların içində 1943-cü ilə aid bir kağızda Coca Cola-ın
düsturuna rast gəldiyini iddia edib. O, bu formulu internetdəki
hərrac şirkəti e-bay vasitəsilə 15 milyon dollara satır. Klacın
tapdığı düstur haqqında, Coca Cola firmasının arxiv rəhbəri və
tarixçi Ted Ryan da şərh verib və "Bu düsturla kola bənzəri bir
içki edilə bilər, amma düstur məncə Coca Cola-ın deyil" bildirib.
Orijinal formul 1886-cı ilə aiddir və Atlandadakı Coca Cola ümumi
mərkəzindəki bir kassada qorunur.