Mövqe.az-ın verdiyi məlumata görə, fiziki şəxs Kamil Hacıyevə məxsus istehsalat sahəsində yoxlama aparılıb. Bu zaman həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi halda, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayon, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib. Bununla əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 4 min litr sirkə satışdan çıxarılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.