ATƏT-in Bakı Ofisi Azərbaycanda siyasi partiya liderlərinin görüşünü təşkil etməyə hazırlaşır

17 May 2013 12:10 (UTC+04:00)

 "Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilər, onların aralarında olan münasibətlər pozulmayıb".


Mövqe.az - ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay verib.


O vurğulayıb ki, ATƏT Bakı ofisi prezident seçkiləri ərəfəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə bir dəyirmi masa təşkil etmək niyyətindədir: "Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları dəyərləndirmək üçün zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib müzakirələr aparmasıdır".