Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumunu keçirir. Mövqe.az-ın xəbərinə görə, 2 gün davam edəcək forumun ümumi mövzusu "Şərq-Qərb Strateji Körpüsü: QDİƏT Regionunda Təhlükəsizlik, İnkişaf və İnteqrasiya"dır. Forumun ilk günündə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış ediblər.
Moderatorluğunu millət vəkili Rasim Musabəyovun etdiyi "QDİƏ Regionunda Siyasi İqtisadi Tranformasiya" mövzulu 1-ci paneldə Moldova Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınından Oleg Frunze "Dövlət idarəçiliyi sahəsində paradiqma dəyişikliyi - Moldova üçün həll yolu", Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzdən (Yunanıstan) Zefi Dimadama "Qara Dəniz regionunda QHT-lər regional əməkdaşlıq və inteqrasiyanın hərəkətverici qüvvəsi kimi", Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsindən Rəcəb Rəhimli "Dövlət idarəçiliyndə innovativ inkişaf prosesinin siyasi aspektləri", Moldova Elmlər Akademiyası Sosial elmlər və iqtisadiyyat şöbəsinin koordinatoru Viktor Moraru "Dəyişən dünyada kütləvi informasiya vasitələrinin missiyasi" mövzularında çıxış ediblər.
Qeyd edək ki, forum sabah da davam edəcək.