Kristina Aqulera səhnəyə qayıdır

17 May 2013 16:21 (UTC+04:00)

Səs bacarıqlarının kəşf edildiyi "Amerikan Idol" yarışmasında ara verdiyi jürilik vəzifəsinə qarşımızdakı mövsümdə davam edəcəyi qətiləşən Kristina Aqulera vaxtını idman edərək və özünə baxaraq keçirib. 


Mövqe.az-ın  Daily Mail-ə istinadən verdiyi xəbərə görə, 32 yaşlı müğənni ötən günlərdə "Twitter" hesabından yayımladığı  fotoşəkillərində  incə bədənini nümayiş etdirib. Fotoşəkildə qara bir büstqalter və mini qara ətəklə görülən Aqulera, 1960-cı illərdən çıxmış kimi idi. Daha əvvəl çəki probleminin olduğunu söyləyən 1.56 m boyundakı müğənni indiki görünüşündən məmnun olduğunu bildirib. Kristina Aqulera "American Idol yarışmasında bir mövsüm jürilik edən Shakiranın ardınca, gələcək mövsümdə yenə münsif olacaq.