Movqe.az-ın xəbərinə görə, onlardan yalnız birinin ad və soyadı açıqlanıb. Bu, mayın 13-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında gizli şəkildə edam olunmuş Əllah Nəzərşəbikdir.
Qətl ittihamına görə 3 ildir həbsxanada cəza çəkən məhbusun edam xəbərinin ictimaiyyətə gec məlum olmasına səbəb kimi Zahid şəhərinin mərkəzi həbsxanasının telefonlarının iki gün ərzində kəsilməsi göstərilib. Üzərində 768 qram krak adlanan narkotik maddə ilə Sərab şəhərində həbs edilmiş adı açıqlanmayan məhbus isə mayın 18-də səhər saatlarına Xürrəmabad şəhərinin mərkəzi həbsxanasına dara çəkilib.
Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar. Ümumiyyətlə, İranda narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, silahlı soyğun kimi cinayətlərə görə ölüm cəzası verilir.
Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 7 nəfər Rəşt, 3 nəfər Kərəc, 2 nəfər Tehran, 1 nəfər isə Noşəhr şəhərində edam edilib.