Manatın dizaynı dəyişəcək?!

20 May 2013 15:02 (UTC+04:00)

Dünyanın ən işlək valyutaları hesab olunan dollar avronun dizaynında tez-tezdəyişikliklər baş verir. Bu fonda manatın da dizaynında dəyişiklik edilib-edilməməsi, buna dərəcədə zərurət olması xüsusi maraq kəsb etməyə başlayır. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev Mövqe.az-a açıqlamsında  manatın dizayninin dəyişilməsini hələlik əlavə xərc hesab etdiyini bildirib: "Ayrı-ayrı öılələrdə dizayn dəyişikliyi olur. Ancaq ümumi olaraq deyə bilərəm ki, bu, heç də ciddi dəyişikliklər olmur, sadəcə hansısa elementlərin digərləri ilə əvəzlənməsi olur. Məsələn, dollar neçə illərdir ki, gördüyümüz standartda davam edir. Son vaxtlar müasir texnologiyanın inkişaf etməsi baxımından, həm də təhlükəsizliyinin artırılması baxımından dollara müəyyən əlavələr edilir. Avronun özündə də oxşar addımlar atılır. Dizaynın dəyişməsinin əsas səbəbi pulun təhlükəsizliyini təmin etməkdir. Pul (xüsusən də iri nominallı pullar) çap olunan kimi müəyyən qruplar onun saxtasını çıxartmağa səy göstərirlər. Pulun saxtasını çıxartmaq üçün həmin qruplar uzun müddət araşdırmalar, yoxlamalar aparırlar. Pulu tamam öyrəndikdən və müəyyən vaxtdan sonra pulun saxtasını çıxarırlar. Azərbaycan manatının dizaynının dəyişilməsi üçün ciddi əsas görmürəm. Bu dizayın 2006-cı ildə denominasiyadan sonra tətbiq edilməyə başlanıb. Amma gələcəkdə manata  yeni elementlərin daxil olunması prosesinə yenidən baxmaq olar. Bunun dəyişilməsi kifayət qədər əlavə vəsaitin xərclənməsi deməkdir. Hələlik buna ehtiyac olmasa da, 6-7 ilə müəyyən elementlərin əlavə edilməsi ola bilər". İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov isə Mövqe.az-a açıqlamasında bildirib: "Azərbaycanda pul nişanlarının tədavülə buraxılması və pul nişanlarının denominasiya olmadan yenidən dizayn edilməsi Mərkəzi Bankın səlahiyyətinə daxildir. Pul nişanlarının yenidən dizayn edilməsinin zəruri edən obyektiv və subyektiv səbəblər ortaya çıxdıqda Mərkəzi Bank milli valyutanını yenidən dizayn edilməsi haqqında qərar qəbul edir. Yeni Azərbaycan manatı 2005-ci ildə ölkə Prezidentinin denominasiya haqqında fərmanı əsasında 2006-cı ilin yanvarın 1-dən dövriyəyə buraxılıb. Denominasiyaya səbəb dəyişən iqtisadi şərtlər, milli valyutanın müasir mühafizə şərtlərinə cavab verməməsi, nominal dəyərin dönərli dünya valyutalarına nisbətən daha cox fərqlənməsi və AZM-in tədavüldə olduğu dövrdə ciddi infilyasinın baş verməsi səbəbindən dəyərinin 1000 dəfədən artıq itirməsi idi. Lakin, hazırda ölkəmizdə milli valyutanın yenidən dizaynını gərəkdirən hər hansı şərtlər mövcüd deyil. Çünki, AZN dönərli valyuta deyil, həmçinin bu gün üçün mühafizə şərtlərində də hər hansı ciddi təhdid yoxdur. AZN müasir mühafizənin 4 əsas ünsürü vasitəsi ilə qorunur ki, bu da tam təhlükəsiz dövriyəni təmin edir. Bunları nəzərə alaraq hesab etmirəm ki, hazırki şəraitdə AZN-nin dizaynı dəyişdirilməlidir. Cünki, hər şeydən əvvəl yeni pul nişanlarının dizayn edilməsi, istehsalı və köhnə valyutanın dövriyədən cıxarılması xeyli vəsait tələb edir. Bilmək lazımdır ki, bizə bu xərc lazımdır, yoxsa yox. İkincisi, pul nişanları dəyişdirildikdə vətəndaşlar yeni əskinasları qavramaqda onun hansı mühafizə işarələrinin olduğunu bilmir. Bu zaman saxta əskinasların dövriyyəsinə münbit şərait yaranır. Digər bir problem isə hesablaşmalarda yaranan texniki problemlər olur. Ümumiyətlə isə, hər bir iqtisadi addım atıldıqda,  o cümlədən, pulun dizaynını dəyişdirdikdə bunun iqtisadi səmərəliliyi ön planda getməlidir".