İyulun 24-də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 17-ci qrup “Binəqədi könüllüləri” ilə görüş keçirilib.
Movqe.az xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Kənan Kərimov və 17-ci qrup “Binəqədi könüllüləri” iştirak ediblər.
Görüşü açıq elan edən Elxan Allahverdiyev gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. O, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsinin sevindirici hal olduğunu bildirib və onlara bu işdə uğurlar diləyib.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.
Sonda könüllülərə sertifikatlar təqdim edilib, xatirə şəkli çəkilib.