Mövqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Britaniya alimləri qadın üçün ideal bel ölçüsünü müəyyən ediblər. Belə aydın olub ki, indiyə kimi ideal bel bədən ölçüləri sayılan 90-60-90 insan sağlamlığı üçün zərərli imiş.
Diyetoloq Hans Vaalera qeyd edib ki, qadın üçün ideal bel ölçüsü 80-85 sm-dir.
O, xəbərdar edib ki, bel ətrafında toplanan artıq yağ hormonal pozuntuya səbəb ola bilər.
Mütəxəssislər qeyd ediblər ki, əslində qadının bel ölçüsü onun boyunun 50% - dən çox olmamalıdır.
Əvvəllər alimlər hesab edirdilər ki, əlavə 5-7 kq insanın ömrünü hətta, uzada bilər.
Lakin normadan artıq çəki sağlamlığa mənfi təsir göstərir - erkən ölümə səbəb ola bilən diabet, ürək-damar və böyrək xəstəliyinin yaranma riskini artırır.