Əcnəbi seriallara maraq daha sürətlə artır-YENİLƏNİB

21 May 2013 17:23 (UTC+04:00)

Ölkədə serial çəkilişinə dövlət səviyysindəmaliyyə yardımı göstərilsə, bu seriallarınsəviyyəsini hələ qənaətbəxş saymaq olmaz. Elə bunun nəticəsidir ki, əcnəbi ölkələrin, xüsusən Türkiyəninistehsalı olan seriallaraAzərbaycanda maraq artan xətt üzrə inkişaf etməkdədir. Öz peşəkarlığı ilə həmişə seçilib-sevilən aktrisa, respublikanın əməkdar artisti Kəmalə Müzəffər bunnula bağlı Mövqe.az-aaçıqlamasında bildirir: " Çünki, yaxşı ssenarilər yoxdur. Hər hansı əcnəbi ölkədə çəkilən serialı götürsək, hər şeydən əvvəl orada insanları ekran başına toplaya biləcək, onları düşündürmək gücünə malik olan  ssenarinin olduğunu görərik. Serial bəşəri bir problemi çözmək üçün deyil. Serial gündəlik, tez-tez həyatda rastlaşdığımız problemləri, hadisələri ekrana gətirəcək sənət nümunəsidir.  O, üzdən ona "sabun operası" deyilir. Azərbaycanda ona görə serial yoxdur ki, ssenari yazanlar sıfır dərəcəsindədirlər. Bunu tam məsuliyyəti ilə deyirəm. İndiyə kimi elə bir yazıçı yoxdur ki, 50 bölümü təqdim etsin və həmin bölümlər efirə getikdən sonra tamaşaçı, eləcə də mən özüm aktrisa olduğumu, həmin serialda oynadığımı unudub, o serialı mütamadi izləyim. Şəxsən mənim həyatımda elə serial var ki, mən hər 3-cü günün gəlməsini çox səbirsizliklə gözıəyirəm ki, vaxt tez keçsin və mən o serialın növbəti bölümünü izləyim. Bu, "Möhtəşəm yüz yıl" serialıdır. Orada da heç bir bəşəri problem yoxdur, sadəcə saray çəkişmələrini qoyub, daha çox qadın problemlərini, münaqişələrini ön plana çəkiblər. Çünki, tamaşaçını daha çox bu maraqlandırır. Bəli, serial budur. Tamaşaçını nə maraqlandırır, onu da rejissor göstərməlidir. Ssenarist problemindən sonra mən rejissor, qrimyor, aktyor problemlərini qeyd edə bilərəm. Bu günə kimi 3 seriala çəkilmişəm, 2-nə dəvət almışam. Amma buna baxmayaraq, deyə bilərəm ki, bu gün bu sektorda problemlər olduqca böyükdür. Bəlkə də bu problemlər maliyyə ilə bağlıdır. Amma mən bu barədə heç bir şey deyə bilmərəm. Məlumatım yoxdur ki, bir bölümə və ya seriala nə qədər maliyyə ayrılır, niyə çoxdur, niyə azdır. Çünki, faktım yoxdur. Həmişə demişəm, faktsız yalnız axmaqlar danışır. Ancaq bizim  serialların ssenarisi yox dərəcəsindədir. Serial o vaxt uğur gətirir ki, ssenarisi qüvvətli , rejissor işi uğurlu, peşəkar aktyor truppası olur və onları da bir araya gətirəcək güclü maliyyə dəstəyi olur".

K. Müzəffər ssenarist yazıçıların yetişməsi üçün məktəbin olmadığını qeyd etdi: "Adiyyatı qurumlar bu suallara cavab verməlidir ki, niyə görə ölkəmizdə gənc yazarların yetişməsi üçün məktəb yoxdur. Harda gedib oxumalıdır onlar?! Qamçılamaq olmaz. Ssenari olmayandan sonra aktyor nəyi necə oynamalıdır?! Elə ssenari olub, mən gecədən səhərə qədər onu əlimə alıb, redaktə etmişəm. Çəkmək istəyənlərdə məcbur olub mövzunun skletini verirlər bir balaca yaza bilən birinə və səhəri gündə başlayırlar serial çəkməyə... Nəyinsə olmamağının  kökünü araşdırmaq lazımdır. Türkiyə serial, film çəkimlərini öyrənmək üçün böyük bir nəsli Hollivuda yolladı. Araşdırmaq lazımdır Azərbaycanda Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində kinodan dərs deyənlər kimlərdir? Görəsən onlar özəri bilirlərmi kino nədir, kinodan normal anlayışları varmı?! Yaranın üzərini örtməklə o yara sağalmaz, yaraya məlhəm lazımdır. Ona görə deyirəm ki, hər bir problemin səbəbini araşdırmaq lazımdır. Hələ ki mən inanmıram ki, yaxın gələcəkdə dünya bazarına çıxarılacaq səviyyədə bizdə serial çəkilsin. Mən inanıram ki, peşəkar rejissorun əlinə güclü ssenari verilsə, aktyor problemini həll edə bilərik. İndi mən seriallara baxıram. Görürəm ki, 30 aktyordan 3-ü yaxşıdır. Hər serialdan ən güclüləri yığıb, ortaya yaxşı iş çıxartmaq olar.

Nəzərinizə bir açıqlamanı da çatdırım ki, sentyabr ayından mən bütün rejissorlara müraciət edib deyəcəm ki, 3 kəlmə sözü güclə deyən, aktyorluq fakültəsini bitirməyən insanlara, pul verməməyə görə seriallara çəkməsinlər. Mən bir aktrisa kimi çəkiliş meydanına gəlib, görəndə ki, 2 kəlməni deyə bilməyən insanı oturdublar o zaman mən çəkiliş meydançasını buraxıb, gedəcəyəm. Rejissorlar heç nə bilməyən "aktyor"un günü 30 manatdır deyə, çəkiliş meydançasına gətirirlərsə, mən bunu qəbul etməyəcəm. Ortabab aktrisanı güclü aktrisanın qarşısına qoyan rejissor özünə hörmət etməyən rejissordur. Mən müraciət edirəm aktyorlara ki, güclü aktyorlara eybi yox, 30 manat artıq versinlər sözü az olan rollar üçün, amma hər yoldan ötəni çəkiliş meydançasına gətirməsinlər. Mən öz həmkarlarımdan da xahiş edirəm ki, bu işə ciddi yanaşsınlar. "Əşi, kim baxacaq ki, bizim seriallara" deyib, rollarını başdansovdu oynamasınlar və ya çəkilənlərə rişxənd etməsinlər".

Aktrisa K.Müzəffər jurnalistləri də bu işlərdə günahkar saydı: " Niyə görə jurnalistlər ssenari məktəblərinin olmaması səbəblərini araşdırmırlar?! Bütün problemlərin kökünü mən və yaxud da hər hansı aktyor yox siz jurnalistlər araşdırıb tapmalısınız. Problem kökünü axtarıb, araşdırmayan jurnalistləri qınayıram. Yaxşı jurnalist əsl məsələnin kökünü tapar. Zəng edin hörmətli prezidentimizə və yaxud da ki, Təhsil nazirliyinə araşdırın görün ki, nədən ssenari məktəbləri yaradılmır ki, bu sahədə fəaliyyətdə olan insanlar gedib orada təhsil alıb, öyrənə bilsinlər?!".

Klipmeyker kimi fəaliyyətini dayandırıb, yalnız serial çəkimi ilə məşğul olan, son zamanlar reytinqdə birincilik qazanan "Ləkə" serialının rejissoru Kənan MM də məsələ ilə bağlı fikirlərini  Mövqe.az-a açıqladı: "10 ildir biz milli telekanallarımızı izləyirik, onların qarşısında böyüyürük. Düzdür, bizim seriallar əcnəbi seriallara olan marağı azaltmır. Çünki bunun üçün sadəcə zaman lazımdır.  Zamanla hər şey  mütləq həll olunacaq. Texnika da, hər bir imkan da var".

Kənan Mahmudov serial çəkirəm adı altında  "pul yeyən" prodakşnlar barədə də fikir bildirdi: "Mən onlar haqqında heç nə deyə bilmərəm. Kimsə mənim haqqımda danışsa, boynunu qıraram, ona görə də heç kim mənim haqqımda danışmır deyə mən də danışmıram".