Facebook dəbdən düşür?!

22 May 2013 16:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da gənclərin onlayn davranış vərdişlərini təsbit etmək məqsədiylə edilən araşdırmaya görə, gənclər Facebooku "çox yetkin" və "çox kədərli" tapır. Ölkə daxilində 802 valideyn və 802 gəncin iştirakı ilə 26 İyul-26 Sentyabr 2012-ci il tarixində edilən araşdırmada, gənclərin internetdə öz hörmətlərini qorumağa çalışarkən belə haqqlarında çox şəxsi məlumat paylaşdıqlarına diqqət çəkilib. Araşdırmaya qatılan gənclərin 94 fazinin Facebook, 26 faizinin Tvitter hesabı olduğu, Tvitter hesabı olanların nisbətinin 2011-ci ilə görə 12 faiz artdığı ifadə edilib. Tvitter istifadəçisi olan gənclərin 60 faizindən çoxunun hesablarının hər kəs tərəfindən görülə bildiyi, bunun ailələr baxımından çətin bir vəziyyət ola biləcəyinə işarə edən araşdırmada, gənclərin yalnız dörddə birinin Tvitter hesablarını şəxsiləşdirdiyi,  12 faizinin isə hesablarının açıq və ya gizli olub olmamasının bilinmədiyi qeyd edilib. Araşdırmanı edən Pyu Araşdırmalar Mərkəzindən Amanda Lenhart, gənclərin Facebook hesabı olmasına baxmayaraq zamanlarının çoxunu Tvitter, İnstagram və Tumblr kimi şəbəkələrdə keçirdiyini bildirib.