İki ayda 60 qadına təcavüz etdi

23 May 2013 17:31 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Dominik Respublikasında, son iki ayda 60 qadına təcavüz etməkdə günahlandırılan bir nəfər həbs olunub. Polis, həbs olunan 23 yaşındakı Conathan Parranın, turistik Puerto Plata şəhərində taksi sürücüsü olduğunu söyləyərək motosikletinə mindirdiyi, yaşları 16 və 28 olan qadınlara təcavüzünü etiraf etdiyini açıqlayıb. Ən az 19 qadının Parranı şikayət etdiyi, polisin daha çox qurbanı danışdırmağı planladığı qeyd edilib.

Dominik Respublikasında motosikletlərlə taksi sürücülüyü edilir.