Jojoba yağı - Saç dərisini yumşaldır, saç tellərini gücləndirərək qırılmasına qarşı dayanıqlı hala gətirir, dəri tərəfindən asan əmilən bir yağdır. Bunlardan əlavə, saçın uzanma və gurlaşdırılmasına da böyük təsiri vardır.
Lavanda yağı - Saçların uzanmasını asanlaşdıran lavanda yağı, həm də saçları bəsləyərək tökülməsini və saç qırıqlarının meydana gəlməsini dayandırır. Ən əhəmiyyətli faydası, saç dərisindəki qan dövranını təmin edərək, saç diblərinə gedən oksigen miqdarını artırır.
Badam yağı- Saç baxımında istifadə edilən ən əhəmiyyətli yağdır. Saçları bəsləyərək, lazımlı olan E vitaminini əvəz edir. İçərisində olan bol miqdarda mineral sayəsində saçları gücləndirir.
Kokos yağı - Parlaq və qalın telli saçlar üçün təklif edilən bitki mənşəli yağdır. Saçları bəsləyərək, uzanmasını təmin edər.
Fındıq yağı - Saçda kəpəklərin meydana gəlməsinə maneə törədən fındıq yağı, saçlara parlaqlıq və canlı bir görünüş verir. B1, B2, B6 və E vitamini baxımından yüksək olan bu bitki mənşəli yağ, saçları bəsləyici xüsusiyyəti vardır.
Bənövşə yağı - Quru saçlara sahibsinizsə, bənövşə yağı tam sizlikdir. Quru saçları nəmləndirərək parlaq və canlı bir görünüş verir. Qədim üsullardan biri olan bənövşə yağı, saç tökülmələrinə mane olur.
Bibəriyə yağı - Saçda meydana gələn qırıqların qarşısını alır və saç köklərini möhkəmləndirir. İçində olan kafeinin və rozmarin turşu sayəsində saça həcm qazandıraraq, saç dərisini qidalandırır və quruluğu yox edir.