İdman etmədən arıqlamağın yolları

24 May 2013 17:00 (UTC+04:00)

İdman etmədən arıqlaya bilməyəcəyinizi düşünürsünüzsə, səhv edirsiniz. Əlbəttə, arıqlya bilərsiniz! Movqe.Az sizə sadə üsulları təqdim edir: 

Spirt maddələr mübadiləsinin sürətini azaldır və bir şüşə şərab orta hesabla 800 kaloridir. Arıqlamaq istəyirsinizsə, əvvəl spirtli içkilərdən əl çəkin. Qızarmış qidalar, işlənmiş qidalar, şəkərlər, şirniyyatlar, çərəzlər, həddindən artıq miqdarda çörək (gündə 2 dilim yemək kifayətdir) makaron, düyü, pizza, kartof, yüksək yağ ehtiva edən pendirlər, souslar və qatı yağdan uzaq durmalısınız. Toyuq və hind quşu sinəsi, az yağlı ağ balıq, tərəvəz, meyvə, yaşıl salat, az yağlı pendir və qatıq yemək məsləhətdir. Qaynadılmış və ya qızartma olaraq bişirin. Alma sirkəsi, limon suyu, zeytun yağı və az yağlı qatıq yeməklər və salatlara ləzzət qatmaq üçün mükəmməl bir seçimdir. Göyərti və ədviyyatlar istifadə edərək yeməkləri daha ləzzətli edə bilərsiniz. Bol su və yaşıl çay için. Su imtina edilməz içkiniz olmalıdır. Bol-bol yaşıl çay qəbul edin, çünki yaşıl çay maddələr mübadiləsini tezləşdirir.Yeməyə diqqətinizi azaltmaq üçün başınızı qatacaq şeylər tapın və məşğul olacağınız maraq sahələri və işlər görün. Gərəksiz yeməkdən çəkinin və özünüzü qoruyun.