DİN: Beynəlxalq Hava Limanı ərazisində qətl qisas məqsədilə törədilib
24 May 2013 16:33 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq
Hava Limanının avtomobil dayanacağında baş verən qətl hadisəsinə
aydınlıq gətirib.
Mövqe.az-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə,
mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava
Limanının avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev
tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106"
markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim
Əhmədovu bıçaqla qətlə yetirib.
Sonra o, meyiti həmin avtomaşınla Nərimanov RPİ-yə gətirərək özü də
könüllü olaraq təslim olub.