Kişi bədəni 7 tipə ayrılır

24 May 2013 16:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bir kişi geyim firmasının 1500 nəfər üzərində reallaşdırdığı araşdırmada, müasir kişilərin 7 fərqli bədən tipindən birinə sahib olduğu ortaya çıxıb. Araşdırmaya görə hər kişi armud, xiyar, pomidor, kərpic, cipsi, paxla yaxud qar adamı bədən tipindən birinə sahibdir. Yeni araşdırmaya görə incə ancaq azca göbəkli kişilər armud, ümumiyyətlə kök kişilər pomidor, bütün bədənləri qalın olan, lakim kilolu olmayan kişilər kərpic, ombaları kiçik çiyinləri geniş kişilər cipsi, bədənlərində heç yağ olmayan idmançı kişilər xiyar, həddindən artıq arıq kişilər paxla, sinə və qarın bölgəsində olduqca kilolu olanlar isə qar adamı bədən tipinə sahibdir. Edilən araşdırma kişilərin 49 faizinin armud tipi bədənə sahib olduğunu göstərib. 46 faizinin xiyar tipli bədənləri olmasının xəyalini qurduğu, lakin 15 faizinin bunu bacardığı məlum olub. Kərpic tipli bədənə sahib olanlar 9 faiz, digər bədən tiplərinin hamısı 5 faiz təşkil edib. Araşdırmaya qatılan kişilər keçən illərlə birlikdə bədən şəkillərinin də dəyişdiyini ifadə edib. İştirakçıların 28 yaşındaykən özlərini fiziki görünüşlərinin zirvə nöqtəsində hiss etdikləri də məlum olub. Araşdırmaya qatılanların dörddə üçü hazırkı bədən tiplərindən məmnun olmadığını qeyd edib. Leeds Metropolitan Universitetinin Psixoloqu Brendan Gough, "Müasir kişillər keçmiş nəsillərə müqayisədə görünüşünə və bədəninin cazibədarlığına daha çox əhəmiyyət verir" deyib.