Şotlandiya parlamenti “erməni soyqrımı” ilə bağlı qətnamə qəbul edib

28 May 2013 13:24 (UTC+04:00)
Şotlandiya parlamenti 24 aprel tarixinin "erməni soyqrımı" qurbanlarının xatirə günü elan edilməsi haqqında qətnamə qəbul edib. 

Mövqe.az-ın məlumatına görə, deputat Marko Biaqinin təşəbbüsü ilə irəli sürülən qətnamə layihəsini 65 millət vəkili dəstəkləyib.

Qətnamədə 1915-ci ildə indiki Türkiyə ərazisində erməni xalqına qarşı "soyqrımı" törədildiyi qeyd olunur. Hələlik Türkiyə tərəfi qətnamənin qəbuluna heç bir reaksiya verməyib.