Movqe.Az xəbər verir ki, Taliban, Əfqanıstan xalqına sülh mesajı vermək üçün çəhrayı şar uçurulmasını "İslama zidd hərəkət" adlandırıb. Beynəlxalq "We Believe In Balloons (Şarlara İnanırıq) təşkilatı, Əfqanlara ümid vermək üçün keçən şənbə günü paytaxt Kabildə 10 min çəhrayı şarı göyə buraxıb. Rəsmi internet saytından, "Şar şousu ya, mini ətək şousu" başlıqlı bir açıqlama verən Taliban isə bu ifadələrlə bu hərəkətə etirazını göstərib:
"Bu Qərblilərin şarları paylamasına kömək edən Əfqan gənclər arasında öz dəyərlərini yaymağa yönəlmiş bir oyundur. Qərb Əfqanıstanda öz mədəniyyətini yaymaq üçün müxtəlif metodlardan istifadə edir. Bəzən bunu üstü qapalı şəkildə edirlər. "Kari Həbib imzalı yazıda, şar paylayan Əfqan qızların hicab taxmadığı, dar şalvarlarla və hətta mini ətəklə gəzdiyi, kişilərin isə Qərb üslubunda paltarlar geydiyi bildirilərək" məqsədin hicab (təsəttür) mədəniyyətini yıxmaq olduğu deylib. Dini dəyərlərimizə yönəlmiş müharibə, qadınlar üçün xizək, moda şouları və şar adı altında davam edir "deyilib.