"Mən şou-biznesin "at"ıyam" - Xumar Qədimova

29 May 2013 16:48 (UTC+04:00)

Müğənni Xumar Qədimova Brilliant Dadaşovanın küsülü olduğu həmkarı Aygün Kazımovaya xitabən "media meymunu" deməsinə münasibət bildirib.

O, "ATV Maqazin" verilişinə açıqlamasında bu ifadəni çox bəyəndiyini deyib.

X.Qədimova həmçinin özünü şou-biznesin "at"ı adlandırıb:

"Deyirlər "media meymunu"dur, hər dəfə görünür. Onu kim söyləyibsə, düz deyib. Hər dəqiqə ortalıqda olmaq düzgün deyil. Müğənni hərdən görünməlidir. Heyvanxanada ən gözəli atdır, xəyanəti qəbul etmir. At olmağa üstünlük verərəm. Mən həqiqətən də şou-biznesin "at"ıyam. Meymun olmaq istəmərəm. Kənarda at ol, dəyərli ol, nəinki ortalıqda meymunluq elə".