Movqe.Az xəbər verir ki, Rumıniyanın Clinceni kəndində 200 nəfər tərəfindən hazırlanan Rumıniya bayrağı Guinness Rekordlar Kitabına girməyə haqq qazanıb. Üç futbol sahəsi böyüklüyündəki bayrağın uzunluğu 349 metr, eni isə 227 metr olaraq hesablanın. Paytaxt Buxarest yaxınlığındakı kənddə reallaşdırılan fəaliyyətdə qeydə alınmış bayraq üçün 70 kilometr uzunluğunda ip istifadə edilib. 200 nəfərin sərdiyi bayraq iki ayda hazırlanıb. Beş ton ağırlığındakı bayrakdan əvvəlki rekord Livana məxsus idi. Açılışı milli televiziyadan canlı olaraq yayımlanan bayraq üçün təşkil edilən mərasimə Baş nazir Viktor Ponta da qatılıb.