NATO və ABŞ ekspertləri Bakıya səfər edəcəklər

30 May 2013 11:13 (UTC+04:00)

Azərbaycan hərbçiləri "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı (FTP) əsasında keçiriləcək və digər tədbirlərdə iştirak edəcəklər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Makedoniya Silahlı Qüvvələrinin bölüyünün 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi və qiymətləndiricilərin təlim kursu 2-7 iyunda Kvadarçı (Makedoniya) şəhərində baş tutacaq. Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu iyunun 3-dən 7-dək Oberamerdə (AFR) olacaq.

 

Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu isə Brüsseldə (03-07 iyun) keçiriləcək.

 

Riqa şəhərində isə NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi üzrə tədbir (03-07 iyun) olacaq.

 

Azərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən, mətbuat və informasiya işi üzrə ekspert danışıqları Bakıda iyunun 3-dən 7-dək davam edəcək.

 

"Qərargah zabitləri üçün MTT üzrə tanışlıq" kursu isə 3-14 iyun tarixlərində Ankarada keçiriləcək.

 

25-ci Beynəlxalq hərbi müşahidəçi kursu (03-21.06.2013) Szolnokda (Macarıstan)      

baş tutacaq.

 

İyunun 4-6 iyun tarixlərində Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertləri Bakıya səfər edəcəklər.

 

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrdə infeksion xəstəliklər üzrə regional silsilə seminarı Tallində (04-06.06.2013) keçiriləcək.

 

Baltik Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycan Respublikasına akademik səfəri    iyunun 4-dən 8-dək davam edəcək.

 

Azərbaycan-AFR arasında 2013-cü il üçün illik proqrama əsasən, Tibb xidməti üzrə ekspert danışıqları Lir şəhərində (AFR) baş tutacaq.

 

NATO və tərəfdaş ölkələr üçün NATO rabitə və informasiya sistemləri üzrə tanışlıq kursu isə 10-14 iyunda Latinada (İtaliya) keçiriləcək.