Azərbaycanda yeni süd məhsullarının istehsalına başlanılıb. Belə ki, ölkədə ilk dəfə olaraq yerli istehsalçı tərəfindən məşhur italyan dondurması – "Gelato", duru yoqurt və laktozasız süd istehsalı təşkil edilib.
İstehsalçı şirkətdən Mövqe.az-a verilən məlumata görə, laktozasız süd mədəsində problem olan insanlar üçün nəzərdə tutulub və adi süddən fərqli olaraq, köp yaratmır. İstehsalına təqribən 2 ay əvvəl başlanmış laktozasız süd hələlik apteklərdə satılır, qiyməti adi südə nisbətən aşağıdır. Yaxın vaxtlarda onun satışının genişləndirilməsi nəzərdə tutulur. Şirkətin apardığı araşdırmalar göstərib ki, laktozasız südə əhalinin 15-20%-nin tələbatı var.
Duru yoqurt da hələlik yalnız həmin şirkət tərəfindən istehsal edilir.