ŞOK! Arvadını oğlu ilə yataqda tutub
30 May 2013 14:18 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, Ruhların varlığına
inanan və onların videosunu çəkmək üçün "Paranormal Activity"
filmindəki təki evinin hər tərəfində gizli videoçəkiliş üçün
kameralar quraşdıran adam şoka düşüb.
O,
qeyri-rəsmi nikahda yaşadığı arvadını yeniyetmə oğlu ilə birlikdə
yataqda tutub.
Avstraliyanın Tasmaniya adasında
yaşayan şəxsin 28 yaşlı arvadı və 16 yaşlı oğlu yataq otağında
cinsi əlaqəyə giriblər.
Səhərlər işə gedəndə gizli videokameraları söndürən adam həmin
gün unutqanlıq etmiş, kameralar işlək qalmışdı.
İşdən
evə qayıdanda kameraları açıq qoyduğunu anlayan adam o, evdə
olmayanda nələr baş verdiyini bilmək üçün videogörüntülərə baxmağa
başlayıb.
Evin kişisi gördüklərindən heyrətə
düşüb. Sən demə, 11 ildən bəri birlikdə yaşadığı, qeyri-rəsmi
nikahda olduğu 28 yaşlı arvadı ona xəyanət edib. Məşuq isə kişinin
doğma oğlu, 16 yaşlı yeniyetmə idi.
Kişi
polisə şikayətlənib.
Xəyanətkar arvad yetkinlik yaşına
çatmamış şəxslə cinsi əlaqədə suçlanıb.
Məhkəmə prosesi gələn həftə
başlanacaq.