Sərxoş qadının qanını tökdülər...
30 May 2013 14:31 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, bu gün Sumqayıt
şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis İdarəsindən
Lent.az-a verilən məlumata görə, saat 07:30 radələrində 2-ci
mikrorayon ərazisində, "Nurlan" şadlıq evinin qarşısında 1978-ci il
təvəllüdlü Dövlətova Tahirə Hidayət qızı bıçaqlanıb. Qadın aldığı 2
bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində məlum
olub ki, hadisəni T.Dövlətovanın tanışı Rəsulov Ülvi Əlihüseyn oğlu
törədib. O da məlum olub ki, hadisə vaxtı hər iki şəxs sərxoş
vəziyyətdə olub. Belə ki, onlar gecə xeyli miqdarda spirtli içki
qəbul ediblər.
Hazırda fakt üzrə araşdırmalar
davam etdirilir. Hadisənin səbəbi hələlik məlum deyil.