Ancelina Coli əməliyyatdan sonra ilk dəfə görüntülənib

30 May 2013 15:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, süd vəzisi xərçəngi riskinə qarşı mastektomiya olaraq iki sinəsini də aldıran Ancelina Coli, əməliyyatdan sonra ilk dəfə qatıldığı qalada dərin dekolteli bir paltar geyərək cəsarətini bir daha sübut edib. O, həyat yoldaşı Bred Piti son filmi World War Z London qalasında tək qoymayıb. İngilis mətbuatı Ancelinanın fotoşəkillərdə cazibəsindən heç bir şey itirmədiyini bildirib.