Obama köynəyindəki dodaq boyası ləkəsini açıqladı

30 May 2013 17:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ağ Evdəki bir fəaliyyətdə köynəyindəki pomada izi üçün şərh edən ABŞ prezidenti Barak Obama, bunun müğənni Cesika Sançezin xalasından qaynaqlandığını ifadə edərək, "Hər kəs şahid olsun, sonra Mişellə problem yaşamaq istəmirəm" deyib.ABŞ prezidenti Barak Obamanın köynəyinin yaxasındakı pomada ləkəsi müzakirələrə gətirib çıxarıb. Ağ Evdəki bir fəaliyyətdə Barak Obamanın yaxasındakı iz, qonaqların da diqqətini çəkib. Bununla bağlı şərh verən ABŞ prezidenti bu ifadələri işlədib: "Buradakı mülayim hava üçün  hər kəsə təşəkkür etmək istəyirəm. Bu istiliyin bir işarəsi də yaxamdakı pomada izidir. Bunun sorumlusunu bildiyimi söyləmək məcburiyyətindəyəm. Cesika Sançez haradadır? O deyil. Onun xalası, bəs hanı ? Hə,oradaymış. Hər kəs şahid olsun, sonra Mişellə problem yaşamaq istəmirəm.