Mövqe.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes-Benz" markalı minik avtomobil yol kənarında olan elektrik dirəyinə çarpıb. Hadisə nəticəsində avtomobilin yanar hissələri alovlanıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan 3 nəfər xəsarət alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aparılıb.Yaxınlıqdakı ağaclar yanğınsöndürənlər tərəfindən mühafizə olunub.Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ziba Yusifova
Movqe.Az