Azərbaycanlı müğənni növbəti dəfə əməliyyat olunacaq
3 İyun 2013 15:27 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, müğənni "ATV maqazin" verilişinə
açıqlamasında konsertdən öncə plastik əməliyyat etdirəcəyini
deyib:
"Artıq çəkidən xilas olmaq üçün bir dəfə əməliyyat etdirmişdim,
amma nəticə ürəyimcə olmadı. İndi yeni həkim tapmışam, istədiyim
qədər arıqlayacağam. Arzuladığım çəkiyə düşəndən sonra isə
solo-konsert verməyi düşünürəm. Artıq hazırlıqlara başlamışam.
Gecədə həm yeni, həm də nostalji mahnılar ifa edəcəyəm".