Yeməkdən sonra nələri etmək olmaz?

3 İyun 2013 16:46 (UTC+04:00)



Mövqe.az Türkiyə mətbuatına istinadən sizə  yemək yedikdən sonra nələri etməyin düzgün olmadığını təqdim edir:









Siqaret çəkməyin: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməkdən sonra 1 siqaret çəkmək 10 siqaret çəkməyə bərabər sayılır. 





Meyvə yeməyin: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənin hava ilə dolmasına səbəb olur. 






Çay içməyin: Yeməyin üstündən çay içmək sağlamlığa zərərlidir. Yeməkdən dərhal sonra içilən çay tərkibində dəmir olan qida qəbul edilibsə, yeməklə birlikdə  daxil olan dəmir mineralının orqanizm tərəfindən mənimsənilməsini məhdudlaşır. 





Kəmərinizi boşaltmayın: Yeməkdən sonra kəmər boşaltmaq  bağırsaqların düyünlənməsinə səbəb olur. 






Gəzintiyə çıxmayın: Yemədən dərhal sonra gəzintiyə çıxmaq qəbul etdiyimiz qidalardakı elementlərin həzm edilməsinə səbəb olur. Yəni, yeyilən yeməyin heç bir faydası qalmır. Gəzintini 1 saat sonraya saxlamaq məsləhətdir. 





Duş qəbul etməyin: Yeməkdən dərhal sonra qəbul edilən duş qanın hərəkətini əl və ayaqlara doğru çoxaldır. Həzm sistemi üçün də zərərlidir. 




Dərhal yatmayın: Yeməkdən dərhal sonra yatmaq həzm sisteminin kifayət qədər işləməsinə əngəl törədir, bağırsaqların iltihabına və mədə narahatlığına səbəb olur. 

Yeməkdən sonra yatmağın ən əsas zərərlərindən biri də artıq çəki yaratmasıdır.