11 yaşına qədər uşaqların etməli olduğu fəaliyyətlər

4 İyun 2013 17:08 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərədə "National Trust" dərnəyi tərəfindən edilən araşdırmaya görə, hər 5 uşaqdan 4-ü kifayət qədər çöldə oynamır və "texnologiya"ya görə təbiətdən ayrı düşür. Araşdırmadan sonra 11 yaşına qədər bir uşağın mütləq etməsi lazım olan şeylər təqdim edilib:

Ağaca dırmaşmaq

Kiçik dağ dırmanışları etmək

Təbiətdə düşərgə qurmaq

Yağışda gəzmək

Uçurtma uçurmaq

Fermalara getmək

Ağacdan dərdiyi almanı yemək

Velosiped sürmək

Dalğaların üzərindən atlamaq

Qarda oynamaq

Çobanyastığından tac düzəltmək

Palçıqdan tort etmək

Qarmaqla balıq tutmaq

Böyürtkən yığmaq

Təbiətdəki sürünənləri araşdırmaq

Bir yolu xəritə ilə tapmaq

Ayaqyalın gəzmək

Quşları izləmək

Qalıq və sümük axtarmaq

Gecə çöldə ulduzlara baxmaq

Düşərgə ocağında yemək yemək

Birini quma basdırmaq