Mövqe.az "Euronews"a istinadən xəbər verir ki, Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA), Əl-Qaidə terror təşkilatının Amerika sərnişin təyyarəsinə silahlı hücum planını aşkar edib.
Hadisə ilə bağlı ABŞ-ın Müdafiə Naziri Leon Panetta, nə lazımdırsa ediləcəyini dilə gətirib:
"Yaşanan hadisə ölkəmizə hücum etmək istəyənlərə qarşı ayıq olmamızın lazım olduğunu dəqiq şəkildə bildirir. Amerikanı qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik."
"CIA"-dan gələn məlumatda, aşkar olan hücum cəhdinin 2009-cu ildə Detroit şəhəri üzərində paltarındakı partlayıcını alışdırmağa çalışan ancaq uğur əldə etməyən və "alt paltar bombaçısı" olaraq xatırlanan adamın istifadə etdiyi üsula bənzədiyi bildirilir.
Ziba Yusiova
Movqe.Az