"İrana hərbi müdaxilə ABŞ-a qarşı da hücumlara səbəb olacaq"
3 Aprel 2012 19:34 (UTC+04:00)
"İran ABŞ-ın bütün maraqlarını hədəfə ala bilər". Bu fikirləri
ABŞ-ın İsraildəki sabiq səfiri Tom Pakerinq verib. O bildirib ki,
İran və müttəfiqləri ABŞ-ın Yaxın Şərqdə bütün maraqlarını yox edə
biləcək gücə malikdir: "İranın nüvə proqramının həlli üçün
diplomatik yollar fayda vermədiyi halda, bu ölkənin nüvə
obyektlərinə hücum edilməsi ABŞ və sivil vətəndaşlarına qarşı
hücumlara səbəb olacaq. İran və müttəfiqlərinin ABŞ-ın Yaxın Şərqdə
maraqlarını hədəfə ala biləcək qədər imkanları var".