Düşüncə gücüylə təyyarəni hərəkətə gətirdilər

6 İyun 2013 15:50 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, elm adamları, düşüncə gücüylə bir vertolyotu hərəkət etdirib.  "Journal of Neural Engineering" jurnalında nümayiş olunan araşdırmada beyindəki elektrik fəaliyyətlərini ölçmək üçün başa taxılan xüsusi bir vasitə istifadə edilib. Daha sonra elektrik fəaliyyətləri, kompüter köməyiylə vertolyotun hərəkətləri ilə əlaqələndirilib.  Minnesota Universiteti Tibbi Mühəndislik İnstitutu Müdiri Prof. Min He, qrupundan 5 nəfərin hər birində 64 elektrod olan başlıqlar taxdığını ifadə edib. Elektrodlar, beyindəki hərəkət düşüncələrinə bağlı elektrik fəaliyyətlərini kompüterə köçürüb. Kompüter isə kabelsiz şəbəkə əlaqəsi (wi-fi) ilə elektrotlardan gələn əmrlərlə vertolyotu işlədib.