Türkiyəli nazirə ayaqqabı atılıb
3 Aprel 2012 19:35 (UTC+04:00)
Türkiyənin ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktara
ayaqqabı atılıb. Okan Universitetində qatıldığı tədbirdə çıxış
etmək üçün kürsüyə qalxan nazirə 4 tələbə etiraz edib.
Təhlükəsizlik xidməti şüar səsləndirən tələbələrə müdaxilə etməyə
çalışsa da, Bayraktar "İmkan verin istədiklərini söyləsinlər"
deyib. Nazirin söz verdiyi tələbələr etirazlarını davam ediblər. Bu
zaman qız tələbə ayaqqabısını çıxardaraq nazirə atıb. Ayaqqabı
nazirə dəyməsə də, etirazçılar zaldan çıxarılaraq saxlanılıblar.