Mövqe.az-ın məlumatına görə, dünən xalq artisti Zülfiyyə Xanbabayevanın qardaşı oğlu Anarın toyu olub.Bu barədə Zülfiyyə Xanbabayeva özü Mövqe.az-a məlumat verib: "Dünən sevincli bir gün idi - qardaşım oğlu Anarın toy günü idi. Allah Anarı və Firəngizi xoşbəxt etsin və hamıya belə sevincli anları sahib etsin. Mən onları çox istəyirəm və ən gözəl nemətlər arzulayıram".
Məlumat üçün nəzərinizə çatdıraq ki, toya müğənninin sənət dostları da qatılıb. Toyun ən maraqlı anı Brilliant Dadaşova və Zülfiyyə Xanbabayevanın duet oxuması ilə yadda qalıb.