Madrid Klubunun katibliyi Bakıya gələcək

11 İyun 2013 14:18 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Madrid Klubunun katibliyi iyul ayında Azərbaycana gələcək və Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüşlər keçirəcək. Mövqe.az-ın məlumatına görə, səfərin əsas məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun mayın 6-8-də Azərbaycanda təşkil etdiyi I Cənubi Qafqaz Forumunun nəticələri və növbəti fəaliyyət proqramını müzakirə etməkdir. Xatırladaq ki, Cənubi Qafqaz Forumunun işində dünyanın 50-dən çox ölkəsindən 40-a yaxın sabiq ölkə və hökumət rəhbərləri iştirak etmişdi.Beynəlxalq əhəmiyyətli bir sıra layihələrdə birgə fəaliyyətin yaradılması, səmərəli iş birliyinin qurulması sahəsində müzakirələrin aparılması məqsədi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının bir sıra üzvlərinin də gələn ay Bakıya səfəri planlaşdırılır. Belə ki Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Forum çərçivəsində 3 illik birgə əməkdaşlığa dair memorandum imzalayıblar.Qonaqların Diasporla İş üzrə Dövlət Komitəsində görüşlərinin keçirilməsi də nəzərdə tutulub.