Sağlamlığa faydalı 4 ədviyyat

11 İyun 2013 16:14 (UTC+04:00)

Mövqe.az Türkiyə mətbuatına istinadən 4 faydalı ədviyyatı sizə təqdim edir:


İstiot (Qara bibər)


İki çay qaşığı istiotun tərkibində 12% manqan,  9% K vitamini,  7% dəmir  və  2,5% mis var. İstiot xlorid turşusunun istehsalını artıraraq həzmi asanlaşdırır. Xlorid turşusu bağırsaqlarda olan qazı və yeməkdən sonra yaranan  köpü azaldır.


İstiot həmçinin, tərləmə və sidik ifrazını artıraraq, bədənin toksinlərdən azad olmasına kömək olur. Bundan başqa,  antioksidant və antibakterial təsiri var. İstiotun çəki itkisinə də təsiri böyükdür. 


Zəncəfil


Zəncəfil olduqca faydalı bir ədviyyatdır. Zəncəfil çayı, ürəkbulanması və mədə spazmı, habelə baş ağrısı, menstruasiya spazmı, artrit və əzələ ağrılarında kömək olur. 



Qırmızı bibər


Qırmızı bibər sağlamlıq üçün çox faydalı ədviyyatdır. Bibərin tərkibində olan kapsaisin maddəsi, güclü antioksidantdır. Qırmızı bibərİ əzələ gərginliyi və yuxarı tənəffüs yollarının tutulması zamanı istifadə etmək məsləhətdir. 


Darçın


Darçın, əsrlər boyu Hindistan və Asiya ölkələrində  şəfa ədviyyatı olaraq istifadə edilib. Qanda şəkərin miqdarını aşağı salır və xolestrinin səviyyəsini normallaşdırır. Güclü detoks qabiliyyəti var və beyin funksiyalarını inkişaf etdirir. Güclü antiseptik xüsusiyyətlərə malik olduğu üçün sidik kisəsinin infeksiyası zamanı xüsusən, faydalıdır. Hətta, bir stəkan darçın çayı 24 saat ərzində infeksiyaları azaltmağa kömək olur.